Maşın ağaca çırpıldı: Sürücünün xilasedilmə görüntüsü - Video
Video
Xaçmaz rayonu, Müşkür kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, VAZ markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpıldığı və sürücünün deformasiyaya uğrayan maşında sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Abbasov Əkrəm Əsəd oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Moskvanın Zəngəzurla bağlı təhdidi: Rusiyanın planı nədir?