Zaqatala rayonunda baş verən yol qəzasında piyada ölüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, sentyabrın 22-si saat 13 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində Ucal Şabanov idarə etdiyi “VAZ-2109” markalı avtomobil ilə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Əhmədov Məmmədvəli Əhməd oğlunu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu