Fransada polis zorakılığına qarşı 30 minlik aksiya - Video
Fransada polis zorakılığına qarşı etiraz aksiyası keçirilib.
BUTA.TV xəbər verir ki, aksiyada 30 mindən çox insan iştirak edib.
Nümayişçilər arasında həmkarlar ittifaqları və tələbə hərəkatlarının, o cümlədən siyasi partiyaların nümayəndələri var. Yürüş iştirakçıları polis əleyhinə şüarlar səsləndirib, hüquq-mühafizə orqanları əməkdaşlarından zərərçəkənlərlə həmrəyliklərini bildiriblər.