Türkiyədə avtobus qəzası: 3 ölü, 22 yaralı...
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, hadisə Ərzurum vilayətinin Horasan rayonunda qeydə alınıb.
Məlumata görə, sürücünün idarəetməni itirməsi səbəbindən avtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb.