Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərə baxış keçirilərkən döyüş mövqelərindən birində Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter mərmiləri ilə birgə aşkar edilib.

Bu barədə BUTA.TV-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Məhz bu tip kvadrokopterlərə quraşdırılmış mərmilər vasitəsilə mövqelərimiz atəşə məruz qalırdı.