Xankəndidəki küçələrin yeni adları - Foto
Xankəndi şəhərində küçə və prospekt adları yenilənib.
BUTA.TV xəbər verir ki, bu barədə “Xankəndi şəhəri” X səhifəsində məlumat paylaşıb və şəhərin xəritəsini yerləşdirib.
Xəritədə Azərbaycan, Məhəmməd Əmin Rəsulzadə, Zərifə Əliyeva, Həsən Əliyev, Şirin Mirzəyev kimi adlarla yanaşı, Ənvər Paşanın da adına küçə qeyd olunub.