Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin Ermənistan parlamenti tərəfindən ratifikasiyası rus və erməni xalqı arasında çoxəsrlik dostluğu pozmayacaq. Lakin belə bir qərar Rusiya Prezidenti Vladimir Putinə qarşı qeyri-dost addımdır.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov deyib.

“Erməni parlamentarilərin qərarı Rusiya-Ermənistan parlamentlərarası komissiyasının işi çərçivəsində formalaşmış konstruktiv və etibarlı münasibətləri məhv edir”, - o bildirib.

Qeyd edək ki, bu gün Ermənistan parlamenti Vladimir Putinin ekstradisiyasını və həbsini tələb edən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya edib.