Bakıda orta məktəbin ərazisində şagirdlərə "patı" satılıb? - Video
Bakıda orta məktəblərin birinin ərazisində şagirdlərə narkotik maddənin satılması iddia edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Bakı.vs görüntü yayıb.
İddiaya görə, bir neçə məktəbliyə naməlum şəxs tərəfindən "patı" satılıb.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, videogörüntülərlə bağlı araşdırma aparılır:
"İddialar araşdırma predmetidir. Nəticəsi barədə əlavə məlumat veriləcək".