İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

BUTA.TV xəbər verir ki, hadisə axşam saatlarında İmişli-Biləsuvar avtomobil yolunun Çaxırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Mersedes” markalı minik avtomobili və traktor toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Axtarışda olan şəxs Firanın evində gizlənibmiş... - Foto Axtarışda olan şəxs Firanın evində gizlənibmiş... - Foto