Sərhədlərin bağlı qalmasının dövlət büdcəsinə, turizm sektoruna xeyri çox olub.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. Bununla belə, Taleh Kazımov qeyd edib ki, bunun dəqiq statistikası onlarda yoxdur: “Amma bununla bağlı təhlil aparmaq qərarına gəldik”. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov isə deyib ki, ümumilikdə proqnoz nöqteyi-nəzərindən sərhədlərin bağlanmasının büdcəyə xeyri proqnozdan azdır./APA