Azərbaycan və Ermənistan arasında uzunmüddətli və davamlı sülhü təmin etmək üçün imkan yaranıb.

BUTA.TV xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​deyib.

"Bizim gözləntilərimiz ondan ibarətdir ki, Ermənistan başqa ölkələrlə deyil, qonşuları ilə əməkdaşlıq mövqeyindən çıxış edəcək”, - nazir qeyd edib.