Ukraynalı iş adamı Polşa sərhədində saxlanıldı
Ukrayna Dövlət Təhqiqatlar Bürosu tərəfindən Polşa ilə sərhəddə ukraynalı iş adamı, “Konkorde Kapital” investisiya şirkətinin təsisçisi İqor Mazepa saxlanılıb.
BUTA.TV yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Bildirilib ki, Mazepa ilə bağlı işdə “rus izi” var, lakin təfərrüatlar hələlik məlum deyil.