Vyetnamlı müğənni liderlərin qarşısında “Ey Vətən”i oxudu - Video
Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Vyetnama səfəri çərçivəsində vyetnamlı müğənninin ifası ilə bağlı “X” hesabında paylaşım edib.
“BUTA.TV” xəbər verir ki, paylaşımda deyilir:
“Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində rəsmi ziyafətdə vyetnamlı müğəninin ifa etdiyi xalq arasında daha çox “Ey Vətən” kimi tanınan məşhur mahnımız. Əla tələffüz və gözəl ifa! Tam adı “Nəğmə dolu bir ürəyəm”, bəstəkarı Elza İbrahimova”.
Müəllimlərin maaş artımı ilə bağlı qayda dəyişir - İmtahan ayından hesablanma dayandırılır