Kreml İran və Pakistan münaqişəsini şərh etdi
Rusiya diplomatik kanallar vasitəsilə İran və Pakistanla daimi təmasdadır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bütün tərəfləri, regionun bütün dövlətlərini təmkinli olmağa və diplomatiyaya çağırırıq. Bu, deeskalasiyaya kömək edəcək yeganə yol budur”, - o bildirib.