Goranboy rayonunun Boluslu kəndi ərazisində Türkiyə vətəndaşı, 1974-cü il təvəllüdlü Cem Yaradılmış avtomobil idarə edən zaman anidən halı pisləşib və qəza törədib.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, nəticədə onun nəqliyyat vasitəsi başqa avtomobillə toqquşub.

Yüngül xəsarət alan C.Yaradılmış xəstəxanaya çatdırılıb. Onun qıcolma səbəbindən səhhəti pisləşdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.