Azərbaycanda zəlzələ 7 bal olub? – Ermənistanda hiss edildi
Azərbaycanda, yerli vaxtla saat 22:05:56-da baş verən zəlzələ Ermənistanda da hiss edilib.
BUTA.TV xəbər verir ki. bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Bildirilib ki, Şamaxıdan 89 km cənubda Azərbaycan ərazisində 5,2 bal gücündə olan zəlzələ Ermənistanın Sünik (Zəngəzur) rayonunda 2-3 bal gücündə hiss olunub.
Ermənistan DİN-in Xilasetmə Xidməti zəlzələnin episentrdə 7 bal gücündə olduğunu bildirib.