Çinin Çzyansu əyalətində metal sexində metal tozunun partlaması nəticəsində güclü partlayış baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Qəzada 8 işçi həlak olub, 8 işçi isə yüngül xəsarət alıb.

Təcili yardım qruplarının xilasetmə işlərini tamamladığı və hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.