Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə 20 yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı Şəhidlər Xiyabanına gəlib. BUTA.TV-nin məlumatına görə, Bütün Qafqazın Şeyxi 20 yanvar şəhidlərinin məzarlarını ziyarət edib, Əbədi məşəl kompleksi önünə əklil qoyub.

Şeyx şəhidlərin xatirəsini ehtiramla yad edib, onların ruhuna dualar oxuyub.