Lukaşenkonun ayağına ağac parçası düşdü, matçı buraxdı
Belarus Prezidenti Aleksandr Lukaşenkonun ayağına ağac parçası düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Lukaşenko özü məlumat verib.
"Odun doğrayırdım və təxminən 80 kiloqramlıq ağac parçası ayağıma düşdü", - Lukaşenko söyləyib.
O, ayağının şişdiyini bildirib və bu səbəbdən bu gün keçirilən xokkey matçında iştirak etməyib.