Türkiyədə ağır qəza: 10 polis yaralandı
Türkiyənin Ədirnə vilayətində ağır yol qəzası baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə "Haber Qlobal" məlumat yayıb.
Məlumata görə, polisləri daşıyan xidməti avtomobillə turistləri daşıyan avtobus toqquşub. Nəticədə 10-u polis olmaqla, 11 nəfər yaralanıb.
Hadisə yerinə polis, təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb.
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxarıb? - Açıqlama-Yenilənib