Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS təşkilatının siyasi bürosunun rəhbəri İsmail Haniyə ilə görüşüb.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, görüş zamanı İsrail-Fələstin qarşıdurması müzakirə olunub, o cümlədən təcili atəşkəsin elan edilməsi, bölgəyə humanitar yardımların çatdırılması, əsir müvadiləsi və davamlı sülhün təmini üçün məsələnin iki tərəfli həlli ilə bağlı müzakirələr aparılıb.

Görüş Türkiyədə keçirilib.