Ukrayna uzunluğu min kilometr olan müdafiə xətti inşa edir.

BUTA.TV xəbər verir ki, bu barədə “Teleqraf” nəşri məlumat yayıb.

Məlumata görə, əsas müdafiə xətti Avdeyevkadan 15-20 km aralıda yerləşir:

“Yeni beton səngərlər, yeraltı komandanlıq mərkəzi, mo=inalanmış sahələr, 3 mərhələli səngərlər sistemi, tank tələləri və dayaq məntəqələri yaradılacaq. Tapşırıq təkcə sərt müdafiə xətti tikmək deyil, həm də onu qarşıdakı hücumlar üçün hazırlamaqdır”, - məlumatda qeyd olunub.