Ermənistanda internetin istifadəsində problemlər yaranıb.

BUTA.TV xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Ermənistanda mobil rabitə xidməti göstərən “Ucom” şirkətindən bildirilib ki, problem ölkədən kənarda fiber-optik kabellərin zədələnməsi ilə bağlıdır.

“Ermənistanda internet trafikində azalma var. Xarici saytlardan istifadə etmək olduqca çətindir”, - şirkətdən bildirilib.