Ukrayna ordusunun Donetskə endirdiyi zərbə BMT Təhlükəsizlik Şurasının yanvarın 22-də Rusiyanın tələbi ilə keçiriləcək və xarici işlər naziri Sergey Lavrovun iştirak edəcəyi iclasda müzakirə mövzularından biri olacaq.

BUTA.TV xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski deyib.

Onun sözlərinə görə, Rusiyanın tələb etdiyi görüşdə həm də Qərbin Ukraynaya silah tədarükü də müzakirə olunacaq.