Belarus yeni hərbi doktrinaya uyğun olaraq müttəfiqlərinə hücumu öz ərazisinə hücum kimi qiymətləndirəcək.

BUTA.TV xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələri Baş Qərargahının İnformasiya-analitik idarəsinin rəisi Artyom Butorin deyib.

"Müttəfiq olduğumuz hər hansı bir dövlətə hücum Belarus Respublikasına hücum hesab ediləcək", - Butorin bildirib.