Çexiya ABŞ-dan 24 ədəd F-35 alır
Çexiyanın ABŞ-dan 24 ədəd beşinci nəsil F-35A qırıcılarının alınmasına dair müqavilənin imzalanması gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Çexiyanın müdafiə naziri Yana Çernoxova məlumat verib.
"Bu, mütləq martın sonuna qədər imzalanacaq, hətta daha əvvəl deyərdim. Biz indi uyğun forma və münasib tarix axtarırıq", - çexiyalı nazir bildirib.