Rusiya ordusu Ukraynanın Kupyansk şəhərini atəşə tutub.

BUTA.TV xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Məlumata görə, hücum nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Xilasetmə qüvvələri fəsadların aradan qaldırılması üçün çalışır.