Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Qərb ölkələri Minskə qarşı təxribat üçün xüsusi dəstələr hazırlayır.

BUTA.TV xəbər verir ki, Lukaşenko bu barədə müvafiq bəyanatla 2024-cü ildə dövlət sərhədinin mühafizəsi ilə bağlı qərarların təsdiqi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, bu qərarlar xüsusi vəziyyətə görə zəruridir:

“Cənubda müharibə (Rusiya ilə Ukrayna arasında - red.), qərbdə isə ondan daha pis Polşa, Litva, Baltikyanı ölkələr var. Vurğulayıram: daha da pis. Orada müvafiq dəstələr hazırlanır, komandirlər müəyyənləşib”.