Hazırda müşahidə edilən küləkli və qarlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospektində bütün məlumat sürət tablolarında “Güclü külək” və "sürüşkən yol” işarəsi qoyulub.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

“Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, - məlumatda qeyd edilib.