Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri İbrahim Kalın İraqa səfər edib.

BUTA.TV xəbər verir ki, Kalın səfər çərçivəsində İraq Prezidenti Əbdüllətif Rəşid və baş naziri Məhəmməd Sudani, eləcə də şiə - sünni qruplar və türkman nümayəndələrlə görüşüb.

Görüşlərdə terrorizmə qarşı mübarizə, PKK təhlükəsi və atılacaq mümkün addımlar, təhlükəsizlik sahəsində əməkdaşlıq və İŞİD-ə qarşı mübarizə yolları müzakirə olunub.

Həmçinin Qəzza münaqişəsi və bunun region ölkələrinə, o cümlədən İraqa təsiri ətrafında fikir mübadiləsi aparılıb.