Sakit okeandakı ada ölkələrindən biri olan Vanuatuda 6,3 bal gücündə zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Episentri Vanuatunun paytaxtı Port-Vila şəhərindən 43 kilometr cənub-qərbdə meydana gələn zəlzələnin 37 kilometr dərinlikdə qeydə alındığı bildirilib.

Dağıntı və tələfatla bağlı məlumat verilmir.