Rusiyadan İsrailə: Bu ölkəyə hücumları dayandır!
Biz israilliləri Suriyaya, o cümlədən Dəməşq və Hələb hava limanlarına hücumları dayandırmağa çağırırıq.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, bu kimi hücumlar humanitar yardımların çatdırılmasını əngəlləyir:
“iyasi qətllərə son qoymağa çağırırıq. Dəməşqdə İranın SEPAH-ın bir neçə ofisi raketlə vurulub. Görünür, İsrail tərəfindən...”.
Qeyd edək ki, Dəməşqə İsrail tərəfindən sonuncu hücum 20 yanvar tarixində olub.