“Sehrli xalat” filmində baş rol ifaçısı Azər Qurbanov vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə əməkdar mədəniyyət işçisi Yusif Şeyxov məlumat yayıb.

O bildirib ki, Azər Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra Amerika Birləşmiş Ştatlarında (ABŞ) dünyasını dəyişib.

Qeyd edək ki, A.Qurbanov sözügedən filmdə Rəşid obrazını canlandırıb.