Səudiyyədə ilk spirtli içki mağazası açılır
Səudiyyə Ərəbistanında alkoqollu içkilərin satıldığı ilk mağaza açıla bilər.
BUTA.TV xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.
Bildirilib ki, Ər-Riyaddakı mağaza yalnız müsəlman olmayan diplomatlara xidmət göstərəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında həm ölkə vətəndaşları, həm də xarici vətəndaşlar tərəfindən spirtli içkilərin istifadəsi tamamilə qadağandır.