Rusların Donetskdəki poliqonu vuruldu: ölənlər var
Ukrayna ordusu Donetsk vilayətinin İlovaysk rayonunda rus ordusunun hərbi poliqonuna raket zərbələri endirib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Telqram kanalları məlumat yayıb.
“Yanvarın 24-də Pokrovka kəndi yaxınlığındakı hərbi poliqonun atəşə tutulması nəticəsində ölən və yaralanan hərbçilər var. Onların sayı dəqiqləşdirilir”, - məlumatda qeyd olunub.
Hadisə ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.