Nəzarət Şurası Mustafa Purməhəmmədinin Ekspertlər Məclisinə seçilmək üçün namizədliyini təsdiq etməyib.

BUTA.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Mustafa Purməhəmmədi Ruhullah Xomeyninin yaratdığı, İran Prezidenti İbrahim Rəisinin də içində olduğu “ölüm komitəsi”nin 4 üzvündən biri olub. Bu komitə müxalifətçilərə edam qərarı verən əsas qurum kimi fəaliyyət göstərib. Purməhəmmədi minlərlə siyasi məhbusun kütləvi edamında birbaşa rol oynayan rəsmilərindəndir.

Qeyd edək ki, ötən gün Nəzarət Şurası İranın keçmiş prezidenti Həsən Ruhaninin də ölkənin Ekspertlər Məclisinə seçilmək üçün namizədliyini təsdiq etməyib.