Belqorod vilayətində İl-76 təyyarəsinin qəzaya uğradığı ərazidə idarə olunan zenit raketinin elementləri tapılıb.

BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Hazırda geniş ərazidə təyyarənin fraqmentlərinin, metal konstruksiyaların axtarışı aparılır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.