ABŞ Belqorod vilayətində ukraynalı hərbi əsirləri daşıyan İl-76 təyyarəsinin vurulmasında Amerika silahlarından istifadə edildiyi iddiasını araşdırır.

BUTA.TV xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

"Biz bu məsələni araşdırırıq", - deyə Sinq vurğulayıb.

Qeyd edək ki, daha öncə ABŞ Dövlət Departamenti Birləşmiş Ştatların qəzada heç bir şəkildə əli olmadığını bəyan edib.

Xatırladaq ki, İl-76 nəqliyyat təyyarəsi yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.