Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mövcudluğu məqsədəuyğun deyil.

Bu sözləri BUTA.TV-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

“AŞPA iflasa uğrayan bir təşkilatdır və Azərbaycanın orada olması məqsədəuyğun deyil. Buna görə də nümayəndə heyətimizin yekdil qərarı ilə AŞPA-da fəaliyyətimizi dayandırdıq”, - deputat vurğulayıb.

Qeyd edək ki, 22 yanvarda Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdıran AŞPA, eyni zamanda, nümayəndə heyətimizin etimadnaməsinin təsdiqlənib-təsdiqlənməməsi üçün Monitorinq Komitəsinə müraciət edib. Azərbaycan nümayəndə heyəti isə Monitorinq Komitəsinin cavabını gözləmədən 24 yanvarda bəyanat yayıb və AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.

Bundan sonra AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin səsvermə nəticəsində təsdiqlənmədiyini və bir il müddətində qurumdan uzaqlaşdırıldığını elan edib.