AB-dən ABŞ-a: Bu, qəddar cəzadır
ABŞ-nin Alabama ştatında Kennet Smitin azotla edam edilməsi qəddar cəzadır.
BUTA.TV xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici Fəaliyyət Xidmətinin bəyanatında bildirilib.
"AB ötən il ABŞ-da edamların sayının artmasından, 5 ştatda 24 nəfərin edam edilməsindən narahatdır", - bəyanatda qeyd olunub.