Almaniya Ukraynaya yeni hərbi yardım paketi hazırlayır.

BUTA.TV xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorus məlumat verib.

Yeni paketə bunlar daxildir:

IRIS-T SLM orta mənzilli raket əleyhinə sistemlər və “Gepard” zenit qurğusu,

Artilleriya sistemləri və 230 mindən çox mərmi;

80-dən çox Leopard 1 A5 tankı;

Piyada döyüş maşınları;

450 zirehli maşın;

Mühəndislik vasitələri, həmçinin mina təmizləmə sistemləri;

Dronlar;

Radar və kəşfiyyat sistemləri.

Bundan əlavə, 2024-cü ildə Almaniya 10 min ukraynalı hərbçinin təlimini təşkil etməyi planlaşdırır.