Aparıcı Həmid Herisçinin səhhətində heç bir irəliləyiş yoxdur.

Kult.az xəbər verir ki, bu barədə Oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Həmid Herisçinin vəziyyəti ağır olaraq qalır", - məlumatda qeyd olunub.

Xatırladaq ki, aparıcı Həmid Herisçi qızılcaya yoluxub. O, ötən gün xəstəxanaya yerləşdirilib.