İsrail səfiri Braziliya Xarici İşlər Nazirliyinə çağırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Braziliya XİN-dən məlumat verilib.

Bildirilib ki, səfir Braziliya prezidenti Luis İnasio Lula da Silvanın İsraildə persona non-qrata elan edilməsi səbəbindən XİN-ə çağırılıb.

Qeyd edək ki, Braziliya Prezidenti Luis İnasio Lula da Silva İsrailin Qəzza zolağındakı hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə edib.

“Atlant”ın rəhbəri vəfat etdi “Atlant”ın rəhbəri vəfat etdi