Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı ailələri nəzarətə götürüb.

BUTA.TV xəbər verir ki, bu barədə qurumun rəsmisi Teymur Mərdanoğlu sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarında iş aparılır: "Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək".