İran dövlət televiziyasında tamaşaçıları güldürmək, əyləndirmək üçün fiziki məhdudiyyətli insanları ələ salan və aşağılayan 10 dəqiqəlik şou nümayiş etdirilib.

BUTA.TV xəbər verir ki, sözügedən mövzu İranın “Nəsim” telekanalında yayımlanan “Danış-gül” (Bequ-bexənd) verilişində olub.

İran dövlət televiziyasının bu hərəkəti sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə yol açıb.

“Gülmək üçün izlədiyiniz bu veriliş əlilləri ələ salan dəqiqəlik şounun yalnız bir hissəsidir”, - İran Əlillik Kampaniyası bildirib.