Simferopol hospitalı doludur: Meyitlər “KamAZ”larla daşınır
Simferopol hərbi xəstəxanası tamamilə doludur. Cəbhənin iki istiqamətində yaralanan və öldürülən hərbçilər oraya aparılır.
BUTA.TV xəbər verir ki, bu barədə “Atəş” partizan hərəkatı məlumat yayıb.
“Hərbi nəqliyyat demək olar ki, gecə-gündüz Jukovski küçəsi boyunca hospitalın ərazisinə daxil olur. Bura gətirilənlər əsasən Zaporojye və Avdeyevka istiqamətində öldürülən və ya yaralanan hərbçilərdir. Hospital tamamilə doludur. Meyitlər o qədər çoxdur ki, “KamAZ”larla daşınır”, - məlumatda bildirilib.