Ermənistan xarici və təhlükəsizlik sahəsində siyasətini genişləndirir.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

A.Qriqoryan qeyd edib ki, Ermənistanın bir hissəsi olduğu təhlükəsizlik sistemi 2020-2021-ci illərdə işləməyib və buna görə də o, başqa təhlükəsizlik təminatları axtarır:

“Mən bu məsələ ilə bağlı heç bir problem görmürəm, biz öz siyasətimizdə israrlıyıq”.