Türkiyə hökuməti ABŞ-a yeni səfir olaraq Sədat Önalı təyin edib.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatında yayılan məlumatda bildirilib.

Qeyd edək ki, S.Önal daha öncə Türkiyənin BMT-dəki daimi nümayəndəsi olub. Onu bu vəzifədə xarici işlər nazirinin müavini Əhməd Yıldız əvəz edəcək.