Belçikanın “Brussels Airlines” aviaşirkəti martın 24-dən İsrailə uçuşları bərpa edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Şirkət bu qərarı bütün aidiyyəti departamentlərlə məsələni diqqətlə nəzərdən keçirdikdən sonra qəbul edib”, - məlumatda deyilib.

Qeyd olunub ki, “Brussels Airlines” Brüssel-Təl-Əviv reysi üzrə həftədə 3 dəfə uçuşlar həyata keçirəcək.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücumlarından sonra bütün aviaşirkətlər Təl-Əvivə reyslərini təxirə salmışdı.