Siyəzən rayonunda 59 yaşlı kişinin meyiti tapılıb.

BUTA.TV xəbər verir ki, hadisə Siyəzən Peşə Məktəbində baş verib.

Belə ki, məktəbin mühafizəçisi, 1965-ci il təvəllüdlü Alim Mütəllim oğlu Qafarovun meyiti iş yerində aşkarlanıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.